Messinin “Barselona” ilə bağladığı müqavilənin DETALLARI açıqlandı
Bizi izləyin

İdman

Messinin “Barselona” ilə bağladığı müqavilənin DETALLARI açıqlandı

“Barselona”nın ulduzu Lionel Messinin klubu ilə bağladığı yeni müqaviləsinin detalları açıqlanıb.

Publika.az xəbər verir ki, yeni müqaviləyə əsasən, argentinalı hücumçu vergilər də daxil olmaqla, illik 104 milyon avro qazanacaq.
O, müqaviləsinin müddəti başa çatana qədər Kataloniya klubunda qalsa, əlavə 70 milyon avro əldə edəcək.

Bundan başqa, komanda Çempionlar Liqasının qalibi olacağı təqdirdə, L.Messi 12 milyon avro ilə mükafatlandırılacaq. 30 yaşlı hücumçu mövsüm ərzində matçların ən azı 60 faizində oynasa, 1.9 milyon avro qazanacaq.

Qeyd edək ki, L.Messi "Barselona" ilə müqaviləsinin müddətini 2021-ci ilin iyununa qədər uzadıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm