Futbol üzrə Dünya Çempionatının kuboku BAKIDA! - FOTO
Bizi izləyin

İdman

Futbol üzrə Dünya Çempionatının kuboku BAKIDA! - FOTO

Xəbər verdiyimiz kimi, FİFA Dünya Çempionatının kuboku Azərabaycana gətirilib.

Publika.az xəbər verir ki, “Hilton” hoteldə baş tutan kubokun təqdimat mərasimini “Coca-Cola”nın rəsmisi Elşad Fərzəliyev açıq elan edib.

Tədbirdə 1998-ci ildə Fransa millisinin heyətində dünya çempionu olan əfsanəvi futbolçu Kristian Karambö və AFFA-nın baş katibi Elxan Məmmədov da çıxış edib.

Açılış mərasimindən öncə qonaqları salamlayan K.Karambö Bakıda olmaqdan məmnunluğunu bildirib.

“Mən Bakıya gəlməkdən çox məmnunam. Bakı həmişə idman tədbirlərinin keçirilməsində maraqlı olub və təşəbbüs göstərib. Qeyd etmək lazımdır ki, Bakı həddən artıq müasir şəhərdir. Azərbaycandan söz düşümşkən futbolunu da qeyd etmək lazımdır. Bildirmək istəyirəm ki, milliniz Prosineçkinin rəhbərliyi altında yaxşı çıxış etdi”.

Daha sonra AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək qonaqları və kuboku salamlayıb:

“Uzun müddətdir tərəfdaşımız olan “Coca-Cola şirkətinə təşəkkür edirik ki, bu bayramı bizə yaşatdılar. Ümid edirəm ki, gələcəkdə biz də Dünya Çempionatına ev sahibliyi edək və inşallah, milli komandamız onu ölkəmizə qazandırsın”.

Mətbuat konfransından sonra Dünya Çempionatının kuboku jurnalistlərə nümayiş etdirilib. Futbolsevərlərə sərgilənmək üçün “Gənclik Mall” ticarət mərkəzinə aparılıb.

Zümrüd,

Foto: Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm