Avropa Liqasında 1/16 final mərhələsi start götürür
Bizi izləyin

İdman

Avropa Liqasında 1/16 final mərhələsi start götürür

Avropa Liqasında 1/16 final mərhələsinə start verilir. Bu gün cəmi 1 qarşılaşma baş tutacaq.

Moskva MOİK-i günün yeganə matçında "Srvena Zvezda"nın qonağı olacaq. Çempionlar Liqasında "Mançester Yunayted", "Bazel" və "Benfika" ilə birgə yer aldığı qrupda 3-cü yeri tutaraq Avroliqaya yollanan rusiyalılar cütün favoriti hesab edilirlər. Hər halda komandaların heyətləri və avrokubok təcrübəsi belə düşünməyə əsas verir.

Ardıcıl 5 mövsümdü Çempionlar Liqasının qrupunda iştirak edən MOİK 2002-03-dən bəri müntəzəm Avropa arenalarında mübarizə aparır. "Hərbçilər" hətta 2004-05 mövsümündə UEFA Kubokunun (hazırkı Avropa Liqasının) qalibi də olub. "Srvena Zvezda" isə son 10 ildə ikinci dəfə Avroliqanın qrupuna düşməklə və "Köln"lə, BATE-ni qabaqlamaqla öyünə bilər.

1/16 final mərhələsinin digər 15 oyunu fevralın 14-də keçiriləcək. (apasport.az)

Avropa Liqası. 1/16 final mərhələsi, ilk oyun

13 fevral

21:00. "Srvena Zvezda" (Serbiya) - MOİK (Moskva, Rusiya)

Baş hakim: Pavel Raçkovski (Polşa)

"Rayko Mitiç" stadionu, Belqrad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm