İdman
“Beşiktaş”ın ulduzuna AĞIR CƏZA
Türkiyə Kubokunun ½ finalı çərçivəsində keçirilən “Beşiktaş”-“Fənərbaxça” matçı qalmaqallarla yadda qalıb.
Publika.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Fırat Aydınus 101 dəqiqə davam edən matçda 8 sarı, 3 qırmızı kart göstərib.
Qarşılaşmanın 44-cü dəqiqəsində “Fənərbaxça”lı Alper Potuk komandasını azlıqda buraxıb. O, rəqib yarımmüdafiəçi Tolqay Arslana qarşı etdiyi səhvlər ucbatından iki dəfə sarı kart görərək meydandan qovulub. 52-ci dəqiqədə isə rəqib futbolçuya təzyiq göstərən “Beşiktaş”lı Rikardo Quareşma birbaşa qırmızı kartla oyundan kənarlaşdırılıb. Daha sonra “sarı-lacivərd”lilərin qapıçısı Volkan Demirel kobud hərəkətlərinə görə iki sarı kartdan sonra qırmızı kart görüb.
“Fənərbaxça”lıların gördüyü qrımızı kartların 2 matçla cəzalandırılması gözlənilsə də, Rikardo Quareşmanın kobud oyunu ona baha başa gələcək. Belə ki, portuqaliyalı ulduzun 5-6 matçlıq cəza alması ehtimal edilir. O, qaydalardan kənar hərəkəti çərçivəsində 3 matçlıq cəzalanacaq. Ulduzun rəqib futbolçu Jozef De Souzadan sonra Mehmet Ekicini də itələməsi onun cəzasını ikiqat artıracaq.
Portuqaliyalı futbolçunu cəzadan qurtara biləcək yeganə ümid onun bu hərəkətə təhrik edilməsi maddəsidir. Əgər onun kobudluğa təhrik edən hər hansı fakt üzə çıxarsa, cəzası yarı-yarıya azalacaq.
Zümrüd
-
Maraq dünyası01:11Boşanmanın ən dəli səbəbləri - “Ekstrasens bacıma söz verib ki...”
-
Qoroskop00:15Günün ULDUZ FALI - Qeyri-adi təkliflərə açıq olun
-
İdman20 Avqust 23:55"Qarabağ" "Tvente"ni məğlub etdi - YENİLƏNDİ
-
İdman20 Avqust 22:48Messi karyerasında 922-ci qolunu belə vurdu - VİDEO
-
Magazin220 Avqust 22:2422 yaşlı fenomen motosiklet qəzasında öldü
-
İKT20 Avqust 22:12Sevgilisini manipulyasiya etmək üçün “ChatGPT”nin “BEYNİNİ YUDU”
-
İKT20 Avqust 21:00Mais Ağayevə vəzifə verildi
-
Dünya20 Avqust 19:36Əriyən buzlaq 34 illik sirri açdı - Turistlər nələri aşkarlayıblar?














.jpg)
















