İbrahimoviç yeni komandada
Bizi izləyin

İdman

İbrahimoviç yeni komandada

Məşhur isveçli futbolçu Zlatan İbrahimoviç İngiltərə Premyer Liqasına vida edib.

Publika.az xəbər verir ki, 36 yaşlı futbolçu Amerikanın “Los-Anceles Qalaksi” komandası ilə müqavilə imzalayıb.

Transferin rəsmi bəyanatı 31 mart tarixində keçiriləcək matçdan öncə elan ediləcək, maliyyə detalları isə daha sonra açıqlanacaq.

Ötən mövsüm 28 qola imza atan “Mançester Yunayted”in məhsuldar futbolçusu bu mövsüm aldığı zədə səbəbilə sadəcə 5 liqa oyununda 107 dəqiqə forma geyinib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm