Çempionlar Liqası komandalara sərvət paylayacaq - İNANILMAZ RƏQƏMLƏR
Bizi izləyin

İdman

Çempionlar Liqası komandalara sərvət paylayacaq - İNANILMAZ RƏQƏMLƏR

Qitənin ən nüfuzlu futbol turniri olan Çempionlar Liqasında gələn mövsümdən etibarən mükafatların miqdarı artacaq.

Publika.az xəbər verir ki, bu barədə İtaliyanın məşhur “La Gazzetta dello Sport” qəzeti məlumat yayıb.

Xəbərə görə, UEFA statusunu dəyişdirdiyi turnirdə qruplara qalan komandalara 12,7 milyon avro yerinə 15 milyon avro verəcək.

Qruplarda əldə edilən hər bir qalibiyyət verilən mükafat 1,5 milyon avrodan 2,7 milyon avroya, bərabərliyə verilən mükafat 500 000 avrodan 900 000 avroya qaldırılacaq.

Son 16 komanda 9,5 milyon, ¼ finalçılar isə 10,5 milyon avro qazanacaq.

Yarımfinal, final və çempionluğa isə müvafiq olaraq 12, 15 və 19 milyon avroluq mükafat təqdim ediləcək.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm