İbrahimoviç Ronaldoya meydan oxudu: "Bacarırsa..."
Bizi izləyin

İdman

İbrahimoviç Ronaldoya meydan oxudu: "Bacarırsa..."

Karyerasına “Los Anceles Qalaksi” komandasında davam edən isveçlii ulduz Zlatan İbrahimoviç “Real Madrid”in əfsanəsi Kriştiano Ronaldonun “Yuventus”un qapısına vurduğu qol haqda fikirlərini paylaşıb.

Publika.az ESPN nəşrinə istinadən xəbər verir ki, İbrahimoviç qolun çox gözəl alındığını deyib:

“Çox gözəl qol idi. Ancaq bu hərəkəti bir də 40 metrədən sınamaq lazımdır”.

O, bu iddialı sözləri ilə Ronaldoya sanki meydan oxuyub.

Qeyd edək ki, İbrahimoviç İsveçin İngiltərəni 4:2 hesabı ilə məğlub etdiyi 14 noyabr 2012 tarixli yoxlama görüşündə 4 qol vurmuş, son qoluna isə meydançanın rəqibə aid hissəsindən “velosiped” hərəkəti ilə imza atmışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm