Yubiley qolu "Qarabağ”a qələbə gətirdi
Bizi izləyin

İdman

Yubiley qolu "Qarabağ”a qələbə gətirdi

Azərbaycan Premyer Liqasının XXII turunda iki oyun keçirilib.

Publika.az xəbər verir ki, turun ilk oyununda "Kəpəz" və "Keşlə" komandaları heç-heçə edib - 1:1.

Günün ikinci oyununda "Qarabağ” "Səbail”i qəbul edib. Yalnız cari mövsümdə üz-üzə gələn komandaların matçında “Qarabağ” 4-cü qələbəyə sevinib. Komanda “Səbail”i 1:0 hesabı ilə üstələyib. Görüşdə yeganə qolu 31-ci dəqiqədə Riçard Almeyda vurub. Bu "Qarabağ"ın Azərbaycan çempionatında 1100-cü qolu olub. Bu qələbədən sonra xallarının sayını 53-ə çatdıran “Qarabağ” liderliyini möhkəmləndirib. “Səbail” isə 18 xalla 6-cı yerdədir.

Turun digər matçları sabah keçiriləcək. İkinci oyun günündə avrokuboklara vəsiqələr uğrunda mübarizə aparan "Zirə” ilə "Qəbələ”, "Neftçi” ilə "Sumqayıt” üz-üzə gələcək.

17:30. "Qarabağ” – "Səbail” - 1:0

Qol: Riçard Almeyda, 31

"Azersun Arena”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm