Avroliqada ilk finalçı məlum oldu - - VİDEO
Bizi izləyin

İdman

Avroliqada ilk finalçı məlum oldu - - VİDEO

Futbol üzrə Avropa Liqasında ilk finalçı müəyyənləşib.

Publika.az xəbər verir ki, "Atletiko" yarımfinal mərhələsində İngiltərə "Arsenal"ını mübarizədən kənarlaşdırıb. Səfər qarşılaşmasında 1:1 hesablı heç-heçəyə nail olan İspaniya təmsilçisi evdə qələbə qazanıb - 1:0. Yeganə qolu ilk yarının uzatma dəqiqələrində Dieqo Kosta vurub.

Qeyd edək ki, "Atletiko"nun finaldakı rəqibi hazırda davam edən "Zaltsburq" (Avstriya) - "Marsel" (Fransa) görüşünün yekununa əsasən müəyyənləşəcək. "Zaltsburq" səfərdəki 0:2 hesablı məğlubiyyətin qarşılığında evdə 2 cavabsız qol vurmağa müvəffəq olduğundan, matç əlavə vaxta uzanıb.

Avropa Liqası, yarımfinal, cavab oyunları

3 may

23:05. "Atletiko” (İspaniya) – "Arsenal” (İngiltərə) - 1:0

Qol: Dieqo Kosta, 45+2

Baş hakim: Canluka Rokki (İtaliya)

Qeyd edək ki, final matçı mayın 16-da Fransanın Lion şəhərindəki eyniadlı stadionda keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm