İdman
Almaniya Ərdoğanı təxribatda ittiham etdi: "Onun ləzzətsiz kampaniyası yerinə..."
İngiltərə Premyer Liqasında oynayan türkiyəli futbolçuların prezident Rəcəb Tayyib Ərdoğanla görüşməsi Almaniyada gündəm olub.
Publika.az xəbər verir ki, futbolçular Cenk Tosun, Mesut Özil və İlkay Gündoğanın Ərdoğanla çəkdirdiyi fotolar AVRO 2024-ün ev sahibliyinə Türkiyə ilə birgə namizəd olan Almaniyada sərt reaksiya ilə qarşılanıb.
Almaniya Federal Məclisi Bundestaqın nünmayəndəsi Cem Özdemir türk əsilli alman futbolçu Mesut Özil və İlkay Gündoğanın prezidentlə görüşməsini sərt şəkildə tənqid edib. O, “Ərdoğanın bu ləzzətsiz kampaniyası yerinə futbola diqqət göstərmələrini üstün tutaram” deyib.
Almaniya Futbol Federasiyasının prezidenti Reynhard Qrindel isə tvitterdən verdiyi açıqlamada sözügedən görüşün Almaniya dəyərlərinə qarşı olduğunu bildirib:
“Mesut və İlkayın prezidentlə görüşməsi bir seçki təxribatıdır. Öz oyunçularımızın şəxsi işlərinə, əlbəttə, hörmətlə yanaşırıq. Ancaq Almaniya Futbol Federasiyası olaraq cənab Ərdoğanın hörmət göstərmədiyi dəyərlərimizə sahib çıxacağıq”.
Zümrüd
-
Magazin115:36Aygün o sözü ilə üzünə deyib ki, səni saymır, tanımır...
-
Köşə14:00Baş deşən üzükdən vəcdə gətirən tarix dərsinədək - Mənim məktəbim
-
Cənubi Qafqaz13:54Paşinyan Azərbaycan əsgərinə görə Sanamyanı qovdu
-
Rəsmi xronika12:38İlham Əliyev Malayziyanın səfirini qəbul etdi
-
MDB12:12Ukraynada qadın hərbçilərlə bağlı şok rəqəm: 1500-dən çox müraciət
-
Rəsmi xronika12:02İlham Əliyev Avstriya səfirini qəbul etdi
-
Nida Xəbər 11:30Prezidentin təltif etdiyi Jalə Əliyevanın dosyesi
-
Magazin110:36Pünhan Alim Qasımov haqda: “15 min istədi” - VİDEO












.jpg)


.jpg)





















.jpg)
