"Fənərbağça"da YENİ ERA - Prezident seçildi
Bizi izləyin

İdman

"Fənərbağça"da YENİ ERA - Prezident seçildi

“Fənərbaxça”da prezident seçkiləri keçirilib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün “Ülkər Stadionu”nda baş tutan səsvermədə iki namizəd başqanlıq üçün mübarizə aparıb.

Keşmiş prezident Aziz Yıldırımla Ali Koçun gərgin mübarizəsini ikinci qazanıb. Türkiyənin ən zəngin iş adamlarından olan Ali Koç 16 092 səs toplayaraq “Fənərbaxça”-nın 37-ci prezidenti seçilib. Sabiq prezident Aziz Yıldırım isə 4 644 səs toplaya bilib.

Qeyd edək ki, Aziz Yıldırım 1998-ci ildən bəri 20 ildir ki, fasiləsiz olaraq “Fənərbaxça” prezidenti idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm