Nə Messi, nə Ronaldo - Dünyanın ən varlı idmançısının adı açıqlandı
Bizi izləyin

İdman

Nə Messi, nə Ronaldo - Dünyanın ən varlı idmançısının adı açıqlandı

“Forbes” jurnalı dünyanın ən çox qazanan idmançılarının siyahısını açıqlayıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, siyahı idmançıların 2017-ci ilin iyun ayından bəri əldə etdiyi qazancı ilə müəyyənləşib.

Keçən il Konor Makqreqorla döyüşdən əldə etdiyi gəlir sayəsində illik qazancını 285 milyon dollara çatdıran keçmiş boksçu Floyd Meyvezer dünyanın ən çox qazanan idmançısı olub. Bununla o, son 7 ildə 4-cü dəfə liderliyi heç kimə verməyib.

“Barselona”nın argentinalı futbolçusu Lionel Messi isə 111 milyon avro ilə ikinci sırada qərarlaşıb. İlk üçlüyü son iki ildə lider olan “Real”ın portuqaliyalı qolçusu Kriştiano Ronaldo tamamlayıb – 108 milyon avro.

2010-cu ildən bəri ilk dəfə qadın idmançılardan heç kim ilk “100-lüy”ə düşə bilməyib.

Son bir il ərzində ən çox qazanc əldə edən 10 idmançı:

1. Floyd Meyvezer (boks) – 285 milyon avro

2. Lionel Messi (futbol) – 111 milyon

3. Kriştianu Ronaldo (futbol) – 108 milyon

4. Konor Makqreqor (boks) – 99 milyon

5. Neymar (futbol) – 90 milyon

6. Lebron Ceyms (basketbol) – 85,5 milyon

7. Roje Federer (tennis) – 77,2 milyon

8. Stefen Kurri (basketbol) – 76,9 milyon

9. Matt Rayan (Amerikan futbolu) – 67,3 milyon

10. Mettyu Stefford (Amerikan futbolu) – 59,5 milyon

Oxumağa davam et
Reklam
Reklam

Gündəm