İdman
İdman aləminin məşhurları Dünya Çempionatında kimə azarkeşlik edəcəklər? - SORĞU
Bu gün Rusiya start götürəcək və bir ay davam edəcək 21-ci Dünya Çempionatı bütün dünyada maraqla gözlənilir.
Publika.az xəbər verir ki, mundialda təmsilçimiz olmasa da, ölkəmizdə də ali futbol turniri maraqla müzakirə edilir.
Azərbaycanda Dünya Çempionatı ilə yaxından maraqlanan başlıca şəxslər isə yəqin ki, elə futbol adamlarıdır. Bu səbəbdən onlar arasında sorğu keçirdik və mundialın favoritlərini soruşduq.
Milli komandanın sabiq baş məşqçisi Şahin Diniyev:
![]()
“Bir neçə dəfə sübut olunub ki, həm Avropa, həm Dünya çempionatında favorit göstərilən komandaların yerinə sürpriz bir komanda minimum finala qədər gəlir, maksimum çempion olur. Danimarka, Portuqaliya öz dövründə gözlənilmədən çempion olub. Buna əsas səbəb komandanın aparıcı futbolçularının bir ay ərzində formada qala bilməsidir. Çünki oyunçulardan çox şey asılıdır. Əsas da Ronaldo, Messi, Salah, Neymar kimi aparıcı futbolçulardan. Fikrimcə, İspaniya, Almaniya, Braziliya, Fransanı göstərmək olar. Ancaq mən sürpriz komandanın çempion olacağını ehtimal edirəm. Bizə yaxın olduğu üçün Rusiyanı dəstəkləyəcəm”.
Futbol şərhçisi Teymur Əliyev:

“Dünya Çempionatına mütləq baxacam. 4 ildən bir keçirildiyi üçün bu fürsət həmişə ələ düşmür. Baxılmalı turnirdir. Çünki sürprizlərlə dolu olur. Biz azərbaycanlılar məcburuq ki, millimiz orada olmadığından 32 komandadan hansınasa azarkeşlik edək. İspaniyaya simpatiyam var idi. Son məqamda İspaniyanın baş məşqçisinin komandanı pis vəziyyətdə qoyması məni lap məyus etdi. Ona görə də İspaniyaya azarkeşlik edəcəm. Amma onların çempion olacağına inamım yüksək deyil. Braziliya və Almaniya həmişəki kimi favoritlər arasındadır. Hamının namizəd göstərdiyi Argentinanı isə çempionluğa namizəd hesab etmirəm”.
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla:

"Ümidvaram ki, baxa biləcəm. Favoritim Aregntinadır. Elə Argentinanın da Dünya Çempionu olacağını düşünürəm".
Sabiq futbolçu Fərrux İsmayılov:

“Hazırda ən güclü komandalar Braziliya və Argentina milliləridir. Fransanı da istisna etmək olmaz. Doğrusu, çempionla bağlı hər hansı bir fikrim yoxdur. Türkiyə yoxdursa, başqa kimə azarkeşlik edə bilərik ki? (Gülür)”.
Zümrüd
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı































.png)


.jpg)



