İdman
İranın baş məşqçisi Ronaldo və Kuarejmanı təhqir etdi: "Bizdə eşşəyə eşşək deyilir"
İran millisinin baş məşqçisi Karlos Queiroz Dünya Çempionatında qarşılaşdıqları Portuqaliya millisinin oyunçularına qarşı kəskin ifadələr işlədib.
Publika.az xəbər verir ki, baş məşqçi Kriştiano Ronaldonun kobud qayda pozuntusuna görə qırmızı kartla cəzalanmalı olduğunu bildirib və oyunda ilk qolun müəllifi olan Rikardo Kuarejma ilə söz davasına girib.
İran millisinin rəhbəri Rikardonu dürüst olmağa səsləyib. Portuqaliyalı futbolçu baş məşqçinin çağırışlarına instaqram hesabından cavab verib.
“Həyatım boyunca öncədən ittiham edilməkdən əziyyət çəkdim. Amma bu məni daha da gücləndirdi. İttihamlara cavabım hədəflədiyim yerə çatmaq üçün dayanmadan çalışmaq olub. Haradan gəldiyimi və hara getmək istədiyimi bilirəm. Getmək istədiyim yerə tək deyil, komandamla getmək istəyirəm. Qarşımızda Uruqvayla matç var və bütün diqqətimizi oraya vermişik” – Kuarejma bildirib.
Karlos Queiroz isə bu açıqlamaya cavab olaraq etdiyi çıxışda kobud ifadələr işlədib:

“Mənim mədəniyyətimdə eşşəyə eşşək deyilir. Kuarejmanın cəsarət çatışmazlığı var. İran üçün nələr etdiyimi heç görmür. Tanrı böyükdür. O qədər böyükdür ki, eşşəklər belə cənnətə gedir. Ona mənim kim olduğumu sual verin. Sonra gedib trivelasını etsin”.
Qeyd edək ki, bir müddət Portuqaliya millisini çalışdıran Karlos o zaman Rikardo Kuarejmaya forma şansı verməyib. O gündən sonra ikili arasında münasibətlər gərginləşib.
Zümrüd
-
Maraq dünyası01:11Boşanmanın ən dəli səbəbləri - “Ekstrasens bacıma söz verib ki...”
-
Qoroskop00:15Günün ULDUZ FALI - Qeyri-adi təkliflərə açıq olun
-
İdman20 Avqust 23:55"Qarabağ" "Tvente"ni məğlub etdi - YENİLƏNDİ
-
İdman20 Avqust 22:48Messi karyerasında 922-ci qolunu belə vurdu - VİDEO
-
Magazin220 Avqust 22:2422 yaşlı fenomen motosiklet qəzasında öldü
-
İKT20 Avqust 22:12Sevgilisini manipulyasiya etmək üçün “ChatGPT”nin “BEYNİNİ YUDU”
-
İKT20 Avqust 21:00Mais Ağayevə vəzifə verildi
-
Dünya20 Avqust 19:36Əriyən buzlaq 34 illik sirri açdı - Turistlər nələri aşkarlayıblar?














.jpg)
















