Baş məşqçinin oğlundan atasını qısqandıracaq baxımlı qol - VİDEO
Bizi izləyin

İdman

Baş məşqçinin oğlundan atasını qısqandıracaq baxımlı qol - VİDEO

XX əsrin ən yaxşı rumıniyalı futbolçusu George Hacinin oğlu Lanis Haci oyunu ilə gündəm olub.

Publika.az xəbər verir ki, ölkəsinin “Vitorul” komandasında forma geyinən oğul Haci “Fiorentina” ilə oyunda baxımlı qol vurub.

Qolun görüntüləri sosial mediada paylaşılıb və rəğbət toplayıb. Bir çox xəbər saytları hadisəni “Ata Hacini qısqandıracaq qol” başlığı ilə dərc edib.

Qeyd edək ki, George Haci "Real", "Barselona", "Qalatasaray" kimi komandalarda çıxış edib. 2001-ci ildən məşqçi fəaliyyəti ilə məşğuldur.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm