İdman
Qurban Qurbanov: "Onlardan belə oyun gözləmirdik"
"Hər iki komanda sərfəli nəticə üçün oynayırdı. Tərəflərin istəkləri elə bu hesabla da yekunlaşmalı idi".
Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Albaniyada "Kukesi" ilə 0:0 hesablı heç-heçə etdikləri Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra yerli telekanala açıqlamasında deyib.
46 yaşlı mütəxəssis avqustun 1-də Bakıda keçirəcəkləri cavab görüşündə qələbə qazanmağa çalışacaqlarını bildirib: "Biz bu gün qalib gəlmək istəyirdik. Bu istəyimizi cavab görüşündə maksimum gerçəkləşdirməyə çalışacağıq. Rəqib fərqli çıxış etdi. Onlardan belə oyun gözləmirdik. Lakin Bakıdakı matçda dəyişiklik etməyə daha hazırlıqlı olacağıq. Cavab görüşündə bu gün bizə çətin olan qolu vurmağın yolunu tapacaq, daha yaxşısını etməyə çalışacağıq".
Bundan başqa Qurbanov rəqibi Albaniya çempionu kimi təqdim edərək, bu komanda haqqında müsbət fikirdə olduğunu vurğulayıb.
Qeyd edək ki, "Kukesi" ötən mövsümü gümüş medalla başa vurub. Lakin çempion "Şkenderbeu" cəzalandırıldığından, Çempionlar Liqasında Albaniyanı bu komanda təmsil edir (Report).
-
İdman14:08
Ronaldonun Corcinası fanatlarını yenə ovsunladı: Çılpaq və heyranedici FOTOLARLA
-
Sosial13:23
Zakir Qaralovun qohumuna yüksək vəzifə verildi
-
Cənubi Qafqaz12:15
Bakı İrəvanda bu küçənin adının ləğvini tələb edə bilər
-
Yaxın Şərq11:51
Atan 100 min, tutan milyon dollar: İrana qarşı ən bahalı müdafiə
-
Region11:38
İran bəyan etdi: İsrail üçün bunu edəcək ölkələri düşmən sayacağıq
-
Yaxın Şərq11:12
İsrail Beyrutun mərkəzini də vurdu: ölənlər var
-
Magazin210:06
Bakıdan qayıdan Uspenskayanın oğurlanan qızı haqda YENİ DETALLAR - Videoya çəkiblər
-
Cənubi Qafqaz09:30
Paşinyan Makronun qəbuluna gedir: Ona nəyin hesabatını verəcək, hansı təlimatlar alacaq?