“Mançester Siti” İngiltərəni utandırdı - ANTİREKORD
Bizi izləyin

İdman

“Mançester Siti” İngiltərəni utandırdı - ANTİREKORD

UEFA Çempionlar Liqasının qrup mərhələsinə məğlubiyyətlə başlayan “Mançester Siti” İngiltərə futbolunda antirekorda imza atıb.

Publika.az xəbər verir ki, İngiltərə Premyer Liqasında ötən mövsümü rekord xalla çempion olaraq tamamlayan, ÇL-in cari mövsümünün ən böyük favoritlərindən göstərilən MS bu ümidləri doğrultmayıb. Doğma meydanda Fransanın “Lion” klubuna 1:2 hesabıyla uduzan “şəhərlilər”, həm də, qitənin ən nüfuzlu klub turnirində ardıcıl 4 məğlubiyyətlə üzləşən ilk İngiltərə klubuna çevrilib.

Xatırladaq ki, MS ötən mövsüm “Bazel”ə 1:2 hesabıyla uduzduğu 1/8 final matçının ardından 1/4 finalda da “Liverpul”a hər iki oyunda məğlub olaraq, mübarizəni dayandırmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm