Baş məşqçi postunda GÖZLƏNİLMƏZ DƏYİŞİKLİK: Qurbanov Əhmədovla əvəzlənə bilər
Bizi izləyin

İdman

Baş məşqçi postunda GÖZLƏNİLMƏZ DƏYİŞİKLİK: Qurbanov Əhmədovla əvəzlənə bilər

“Qəbələ”də Sənan Qurbanov dönəmi başa çatır.

Premyer Liqadakı növbəti məğlubiyyətlər baş məşqçi üçün son olacaq. Hər şey buna uyğun planlaşdırılıb.

"Qarabağ" və "Keşlə" klubları ilə oyunlardakı məğlubiyyətlərdən sonra bu istefa tam rəsmiləşə bilər.

"Qarabağ"ın indiki "Qəbələ" ilə oyunda xal itirməsi inandırıcı deyil. Yəni "Keşlə" və yaxud növbəti oyunlardakı 1 məğlubiyyət onun postundan göndərilməsi üçün səbəb olacaq.

Sənan Qurbanovu baş məşqçi postunda Tərlan Əhmədov əvəz edəcək. “Neftçi”dən ayrılandan bəri işsiz olan Əhmədovu "Qəbələ" rəhbərliyinə Ramin Musayev təklif edib. Əslində, Əhmədovun bir müddət əvvəl "Keşlə"yə baş məşqçi təyin olunması variantı da var idi. Lakin "Qəbələ" variantı yarandığına görə, Musayev Əhmədova bir az da gözləməyi məsləhət görüb.

Qeyd edək ki, xəbəri 1 ay öncədən bilsək də, indi yazmaq qərarına gəldik. Xəbər artıq klub daxilində də yayılıb.(Sportlife.az).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm