Fatih Terimin "Qalatasaray"dakı taleyinə aydınlıq gəldi
Bizi izləyin

İdman

Fatih Terimin "Qalatasaray"dakı taleyinə aydınlıq gəldi

Türkiyənin "Qalatasaray" klubu baş məşqçisi Fatih Terim ilə müqavilənin müddətini uzadıb.

Publika.az "CNN Türk"ə istinadən xəbər verir ki, 65 yaşlı mütəxəssis 2021-2022-ci il mövsümünün sonuna kimi İstanbul təmsilçisinə rəhbərlik edəcək.

Onun klubla əvvəlki sözləşməsi 2019-cu ilin mayına qədər idi.

Qeyd edək ki, ötən ilin dekabrında 4-cü dəfə “Qalatasaray”ın baş məşqçisi təyin olunan Fatih Terim son mövsümdə Türkiyə Super Liqasının qalibi olub. “Cim-Bom” cari çempionatda da 18 xalla liderdir. İstanbul təmsilçisi Çempionlar Liqasında D qrupunda yer alıb və 2 turdan sonra 3 xalla 3-cü yerdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm