UFC prezidentindən Həbiblə bağlı ŞOK QƏRAR
Bizi izləyin

İdman

UFC prezidentindən Həbiblə bağlı ŞOK QƏRAR

UFC prezidenti Dena Vayt rusiyalı döyüşçü Həbib Nurməhəmmədovla bağlı yekun qərarı açıqlayıb.

Publika.az xəbər verir ki, təşkilat prezidentinin sözlərinə görə, Həbib UFC çempionu olaraq təşkilatın dəstəyi altında fəaliyyətinə davam edəcək:

"Həbib çox yaxşı idmançıdır. Bizim onunla çox gözəl münasibətlərimiz var. Həbib UFC himayəsi altında döyüşlərə davam edəcək. Onun növbəti rəqibinin kim olduğu hələ məlum deyil. Biz onunla hələ bu barədə danışmamışıq. Təşkilat Həbibin Makqreqor üzərindəki qələbədən rahat şəkildə zövq almasını gözləyir. Daha sonra bütün bu məsələlər danışılacaq".

UFC prezidenti Həbibin dostu Zubayr Tuxuqovun UFC-ni tərk etməklə hədələməsinə də münasibət bildirib:

"Həbib Nurməhəmmədovun Konor Makqreqor ilə sonuncu döyüşü çox emosional keçib. Lakin bütün bunlara baxmayaraq, onunla münasibətlərimiz yenə də qaydasındadır. Amma Zubayr Tuxuqovun turnirdəki taleyi ilə bağlı hələ heç bir müzakirə aparılmayıb. Bu barədə nəsə demək üçün tezdir".

Xatırladaq ki, oktyabrın 7-də UFC 229 turniri çərçivəsində əslən dağıstanlı Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqora boğucu fənd işlədərək qalib gəlib və çempion kəmərini qazanıb. Döyüşdən sonra Həbib irlandiyalı rəqibi Makqreqorun məşqçisi Dillon Denisə, onun dostu Zubayr Tuxuqov isə ringə atılaraq Makqreqora hücum etmişdi. UFC qaydaları pozan idmançılar haqqında müxtəlif tədbirlər görəcəyini deyib.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm