İdman
“Qarabağ” - “Vorskla” oyununa nə qədər bilet satıldı?
Avropa Liqasının III turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Vorskla” (Ukrayna) matçına satılan biletlərin sayı açıqlanıb.
Publika.az Ağdam klubunun rəsmi “Facebook” səhifəsinə istinadla xəbər verir ki, artıq 12 min bilet satılıb.
Görüşün keçiriləcəyi Bakı Olimpiya Stadionu 70 minədək tamaşaçı tutumuna malikdir. Biletlərin qiymətləri sektorlara uyğun olaraq 2, 3, 5 və 10 manat arasında dəyişir. VIP biletlər isə alıcılara 50 manata təklif olunur.
Biletlərin “qara bazar”a çıxarılmasının qarşısının alınması üçün onları ilkin mərhələdə “Qarabağ” futbol klubunun fan-mağazalarından, Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, həmçinin “iticket.az” saytından əldə etmək mümkündür. Biletləri alarkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Ətraflı məlumatla iticket.az saytından tanış olmaq mümkündür.
Qeyd edək ki, “Qarabağ” - ”Vorskla” oyunu oktyabrın 25-də Bakı vaxtı ilə saat 20:55-də başlayacaq.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR