İdman
"Uduzmuşuqsa, deməli..." - Sənan Qurbanov
"Nə planlaşdırmışdıqsa, heç biri alınmadı. Bunu da rəqibin hər komponentdə bizdən güclü olması ilə əlaqələndirirəm. “Qarabağ”, xüsusən də, ikinci hissəni yaxşı keçirdi. Belə olan halda 90 dəqiqə müdafiədə oturduq. Bu da futbolçuların fiziki gücünün tükənməsi ilə nəticələnir. Qısaca, "Qarabağ" bizdən güclüdür”.
Bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Topaz Premyer
Liqanın 11-ci turunda "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları oyundan
sonra keçirilən mətbuat konfransında deyib. Qarşılaşma ilə bağlı
fikirlərini açıqlayan gənc çalışdırıcı daha sonra jurnalistlərin
suallarını cavablandırıb:
- Rəqib 48 saat əvvəl Bakıya gəlib və yorğundur. Bunun
fonunda ikinci hissədə 3 qol vurmaqlarına izah verməyinizi
istərdim...
- “Qarabağ” təcrübəli komandadır, belə qrafikdə oynamağın öhdəsindən gələ bilir. Birinci hissədə əzmkarlıq var idi. Amma bu, 45 drəqiqə bəs etmir.
- Cavid Hüseynov yenə meydanda ayaqlarını sürüyürdü. Onu əvəzləməməyinizin səbəbi nədir?
- Cavid bəzi məqamlarda səhv etsə də, uduzmuşuqsa, deməli, hamı pis oynadı. Oyunumuzdan həddən artıq narazıyam. Rəqibi meydanın özünə aid hissəsində qarşılamaq istədik. Amma alınmadı.
- Cəmi bir əvəzləmə etdiniz. Başqa ehtiyat qüvvəniz yoxdur. Düşünmürsünüz ki, əvəzləməni gec etdiniz? Eyni zamanda Rauf Əliyevi niyə meydana buraxmadınız?
- Oyunun axarı elə idi ki, dəyişiklik etmək istəyirdim. Amma Rasimi standart vəziyyətlərə görə meydana buraxdım. Rauf inandığımız futbolçudur. Amma bu dəfə fərqli qərar verdim.
- Qış fasiləsini intizarla gözlədiyinizi demək olar? Yoxsa heyətin güclənməsinə inamınız yoxdur?
- Əlbəttə, güclənməyimizi istərdim. Amma əlimizdə olan heyətdən maksimum yararlanmağa çalışacağıq (Qol.az).
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu