Ronaldo Özilə QƏZƏBLƏNDİ
Bizi izləyin

İdman

Ronaldo Özilə QƏZƏBLƏNDİ

"Yuventus"un ulduz futbolçusu Kriştiano Ronaldo türk əsilli futbolçu Mesut Özilin "Real"dan ayrılmasından sonra narahat olduğunu etiraf edib.

Publika.az xəbər verir ki, 33 yaşlı hücumçu sabiq komanda yoldaşının İngiltərə "Arsenal"ına keçidinin onun üçün pis xəbər olduğunu söyləyib.

Portuqaliyalı forvard Özilin onun əvvəlcədən nə edəcəyini bilən ən yaxşı oyunçu olduğunu bildirib: "İndiyə qədər onun komandadan ayrılmasına görə hələ də qəzəblənirəm".

Qeyd edək ki, Mesut Özil 2010-cü ildən 2013-cü ilə qədər "Real"da çıxış edib. Kriştiano isə 2009-cu ildən bu ilin yayına kimi Madrid klubunun formasını geyinib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm