Yunanıstan mətbuatı "Neftçi"ni hədəfə aldı - Qeyri-qanuni müqavilə imzalanıb
Bizi izləyin

İdman

Yunanıstan mətbuatı "Neftçi"ni hədəfə aldı - Qeyri-qanuni müqavilə imzalanıb

“Neftçi” növbəti transferini gerçəkləşdirib.

Publika.az xəbər verir ki, “Flaqman” yunanıstanlı futbolçu Vanqelis Platellası heyətinə qatıb.

Yeni transferi klubun sosial şəbəkə hesabında yayımladığı video ilə açıqlanıb. Məlumata görə, paytaxt təmsilçisi sağ cinahda oynayan futbolçu üçün 50 min avro ödəyib. O, ilyarımlıq müqavilə müddətində 300 min avro maaş alacaq.

Lakin Yunanıstan mətbuatı bu keçidin qeyri-qanuni olduğunu iddia edib. Belə ki, futbolçunun son məxsus olduğu klub OFİ-dən razılıq alınmadan transfer gerçəkləşdirildiyi iddia edilib.

“Neftçi” isə bu iddianı təkzib edib. Bildirilib ki, yeni futbolçu komandanın Antalyadakı düşərgəsində keçirəcəyi yoxlama oyununa qatılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm