Mourinyo “Mançester Yunayted”i XƏRCƏ SALDI
Bizi izləyin

İdman

Mourinyo “Mançester Yunayted”i XƏRCƏ SALDI

İngiltərənin “Mançester Yunayted” klubu sabiq baş məşqçi Joze Mourinyonun istefası ilə əlaqədar ona və rəhbərlik etdiyi heyətə ümumilikdə 22,3 milyon avro təzminat ödəyib.

Publika.az xəbər verir ki, bu barədə klubun maliyyə hesabatında məlumat verilib.

Joze Mourinyo 2016-cı ilin mayında “Mançester Yunayted”in baş məşqçisi təyin edilib. 55 yaşlı mütəxəssisin rəhbərliyi ilə İngiltərə kubokunu, Super kubokunu qazanan klub ötən il UEFA Avropa Liqasının qalibi olub. Ötən il dekabrın 18-də Joze Mourinyo “Mançester Yunayted”in baş məşqçisi vəzifəsindən azad edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm