Qalmaqallı iddia - Kamerun Xorvatiyaya oyun satıb
Bizi izləyin

İdman

Qalmaqallı iddia - Kamerun Xorvatiyaya oyun satıb

Qalmaqallı iddia - Kamerun Xorvatiyaya oyun satıb

Braziliyada keçirilən dünya çempionatı ilə bağlı qalmaqallı xəbər yayılıb.

Publika.az xəbər verir ki, qrup mərhələsinin 2-ci turunda keçirilən Xorvatiya – Kamerun qarşılaşmasının danışılmış xarakterli olduğu bildirilir. “Der Spiegel” iddia edir ki, danışılmış oyunların məşhur təşkilatçısı Uilson Rac Perumal qarşılaşmanın başlamasına bir neçə saat qalmış oyunun ssenarisi barədə məlumat verib: Kamerun millisindən bir futbolçu ilk hissədə qırmızı vərəqə alacaq və Xorvatiya 4:0 hesabı ilə qalib gələcək.

Qeyd edək ki, kamerunlu futbolçu Aleks Sonq elə ilk yarıda meydandan qovulmuş, qarşılamadan isə Xorvatiya 4:0 hesabı ilə qalib ayrılmışdı.

Məsələyə münasibət bildirən FİFA rəsmisi Ralf Muçke bildirib ki, onlarda kamerunlu futbolçuların oyun satması ilə bağlı hər hansı məlumat yoxdur.

Xatırladaq ki, Kamerun millisi çempionata gələrkən federasiya ilə mükafat üstündə böyük qalmaqal yaşamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm