İdman
Azərbaycanlı idmançıdan BÖYÜK UĞUR: 130 milyon...
Azərbaycanlı kiberidmançı Baba Quliyev Moskvada keçiriləcək “Point Blank Dünya Çempionatı”na yollanacaq.
Publika.az xəbər verir ki, “NoHelp” ləqəbli həmyerlimiz üzvü olduğu “Beşiktaş Esports” komandası ilə birlikdə 25 və 26 may tarixlərində mübarizə aparacaq.
Qeyd edək ki, onlayn FPS oyunu “Point Blank” dünyada 10-dan çox ölkədə 130 milyondan çox oyunçu tərəfindən oynanılır. Moskvada keçiriləcək “Point Blank Dünya Çempionatı 2019” isə bu oyunda ilin hadisəsidir. Ümumilikdə altı komandanın yarışacağı müsabiqədə Braziliya, Tayland, İndoneziya, Türkiyədən bir, ev sahibi Rusiyadan isə iki komanda mübarizə aparacaq.
Çempionatın ümumi mükafat fondu 50 min dollardır. İki günlük qızğın mübarizədən sonra qalib komanda 30 min dollarlıq əsas mükafatın sahibi olacaq.
2010-cu ildə qurulan “Nfinity Games” həm Türkiyədə, həm də Azərbaycanda “Point Blank” oyununa aid etdiyi tədbirlərlə bu yeni kiberidman sahəsinin inkişafına böyük təkan verməkdədir. Türkiyənin köklü idman klublarından olan “Beşiktaş”ın kiberidmana qatılması və həmin komandada azərbaycanlı idmançının yarışması təsadüfi deyil. 2019-cu ilin aprel ayında Azərbaycan Kiberidman Federasiyası ilə imzaladıqları müqavilə də ortaq təcrübələri bölüşmək istəyindən qaynaqlanır.
Zümrüd
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu