Bakıda tarixi anlar: möhtəşəm finalda DARMADAĞIN REALLAŞDI - FOTO/VİDEO (YENİLƏNDİ)
Bizi izləyin

İdman

Bakıda tarixi anlar: möhtəşəm finalda DARMADAĞIN REALLAŞDI - FOTO/VİDEO (YENİLƏNDİ)

Matç "Çelsi"nin 4-1 hesablı qələbəsi ilə başa çatır.

***

00:29

69-cu dəqiqədə fərq azalır: 3-1. "Arsenal"ın heyətində Ayvobi fərqlənir. Bundan 3 dəqiqə sonra isə Eden Azar "Çelsi"nin üstünlüyünü yenidən 3 topa çatdırır: 4-1.

***

00:22

65-ci dəqiqədə "Çelsi" rəqib qapısından 3-cü topu keçirdi. Komandanın heyətində Eden Azar penaltidən fərqləndi: 3-0

***

00:18

60-cı dəqiqədə "Çelsi" üstünlüyünü 2 topa çatdırdı: 2-0. "Zadəganlar"ın heyətində Pedro Rodriqes fərqləndi.

***

30 may 00:06

"Çelsi" ikinci hissəyə qolla başladı. Oliviye Jiru oyunun 49-cu dəqiqəsində fərqləndi: 1-0

***

23:00

Dünyanın diqqətində olan UEFA Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda başladı.

***

Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalında qarşılaşacaq İngiltərənin “Çelsi” və “Arsenal” komandaları start heyətlərini açıqlayıblar.

Publika.az xəbər verir ki, UEFA-nın rəsmi saytında yer alan xəbərə görə, komandaların ilk “11-lik”ləri aşağıdakı kimidir:

“Çelsi”: 1. Kepa Arrisabalaqa, 28. Sesar Aspilikueta , 27. Andreas Kristiensen, 30. David Luis, 33. Emerson Palmieri, 17. Mateo Kovaçiç, 5. Jorjinyo, 7. Nqolo Kante, 11. Pedro Rodriqes, 18. Oliviye Jiru, 10.Eden Azar

“Arsenal”: 1. Petr Çex, 31. Sead Kolaşinats, 6. Loran Koselny, 5. Sokratis Papastatopulos, 18. Naço Monreal, 15. Enzli Meytlend-Naylz, 34. Qranit Caka, 11. Lukas Torreyra, 14. Pyer-Emerik Obameyanq, 10. Mesut Özil, 9. Aleksandr Lyakezett

***

Bu gün Azərbaycanda tarixi anlar yaşanacaq.

Publika.az xəbər verir ki, qitənin ən nüfuzlu turnirlərindən biri olan UEFA Avropa Liqasının 2018-2019 mövsümü final mərhələsi Bakıda baş tutacaq.

Dünya miqyasında 1 milyard insan Bakı Olimpiya Stadionunda İngiltərə derbisi izləyəcək. İki London təmsilçisi “Çelsi” və “Arsenal” kubok uğrunda mübarizə aparacaq.

Artıq hər iki komanda Bakıdadır və oyunöncəsi ilk məşqlərinə başlayıblar.

Rəsmi qurumların məlumatına görə, oyunu stadiondan 60 mindən çox tamaşaçı izləyəcək.

Tarixi final qarşılaşması saat 23:00-da başlanacaq. Matçı İtaliyalı baş hakim Canluka Rokki idarə edəcək.

UEFA-nın rəsmi saytı bildirir ki, finalçılar Bakıya bu heyətlə yollanıb:

Arsenal: Petr Çex, Sead Kolaşinats, Loran Koselny, Sokratis Papastatopulos, Şkodran Mustafi, Enzli Meytlend-Naylz, Qranit Caka , Lukas Torreyra, Pyer-Emerik Obameyanq, Mesut Özil, Aleksandr Lyakezett.

Çelsi: Kepa Arrisabalaqa, Sezar Aspilikueta, Andreas Kristiensen, Devid Luis, Markos Alonso, Mateo Kovaçiç, Jorjinyo, Ross Barkli, Pedro Rodriqes, Oliviye Jiru, Eden Azar.

Avropa Liqası

Final

29 may

23:00. "Çelsi" (İngiltərə) - "Arsenal" (İngiltərə)

Baş hakim: Canluka Rokki

Bakı Olimpiya Stadionu

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm