İdman
"Tiraspol" "İnter"dən çəkinir
"Biz futbol üzrə Avropa Liqasının hazırlığını
başa vurmuşuq. Psixoloji və taktiki hazırlıq baxımından yüz faiz
hazırıq. Amma oyun baxımından artırmağımız lazımdır. Doğma
tribunalar qarşısında yaxşı futbol sərgiləmək istəyirik. Hələlik,
hədəflərdən danışmaq istəmirəm. Bizim üçün hər bir növbəti oyun
əsasdır".
Publika.az-ın məlumatına görə, bu sözləri
"İnter"in Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi
"Tiraspol"un baş məşqçisi Vlad Qoyan deyib.
Moldova klubunun baş məşqçisi sabah baş tutacaq
matçdan əvvəl mətbuat konfrası keçirib: "İnter" sabit və yaxşı
komandadır. Onların, xüsusilə müdafiədəki inamlı çıxışını qeyd
etməliyəm. Topu ələ keçirəndən sonra isə sürətlə hücuma çıxırlar.
Lazım olanda topa nəzarət etməyi bacarırlar. Şübhə etmirəm ki,
rəqib də Moldovaya yaxşı nəticə arxasınca gəliblər. Biz onların
matçlarını görmüşük. Biz ilk növbədə qol buraxmamaq və hücumdakı
şanslardan yararlanmağa çalışmalıyıq. Ümid edirəm ki, matça gələn
azarkeşlər ilk dəqiqədən sonadək bizi dəstəkləyəcək. Onlar bizə
müsbət nəticə qazanmaqda kömək edə bilərlər".
"Tiraspol"un çalışdırıcısı "İnter"i topsuz qoymaq
fikrindədir: "Bizə çətin olacaq. Çünki "İnter" top saxlamağı yaxşı
bacarır. Əgər biz rəqibi bu üstünlüyündən məhrum edə bilsək, hər
şey qaydasında olacaq. Başa düşün ki, fiziki cəhətdən 100 faiz
hazır deyilik. Psixoloji, texniki, taktiki cəhətlərdən tam hazırıq.
Qarşılaşmanın əvvəlindən irəli atılsaq, iki hissə bu tempdə
oynamağı çatdırmarıq. Əlbəttə, daha yaxşı nəticə qazanmalıyıq. Amma
ilk növbədə qol buraxmamalı və şanslarımızdan yararlanmalıyıq. Ötən
mövsümkü tarixin təkrarlanmasını istəmirəm. Onda evdə qol
buraxdığımızdan səfərdə böyük qüvvə ilə irəli atılmalı olduq.
Nəticədə rəqib çox sayda təhlükəli epizodlar əldə etdi. Müdafiədə
daha mütəşəkkil oynamalıyıq".
-
Qoroskop20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO