İdman
Təcavüzdə ittiham olunan Neymar danışdı: 5 saat...
Braziliyalı futbol ulduzu Neymar ötən gün Sao Paulo şəhər polis bölməsində 5 saat ifadə verib.
Publika.az xəbər verir ki, təcavüz və hücumda ittiham olunan ulduz zədəsi səbəbilə çətinliklə gəzərək vəkilləri ilə birgə bölməyə gedib.
Onu polis bölməsinin qarşısında fanatları qarşılayıb. PSJ-li ulduza dəstək vermək üçün minlərlə şəxs toplaşıb.
Hakim Flaviya Merlini jurnalistlərə verdiyi açıqlamada futbolçunun bütün ittihamları rədd etdiyini və suallara məmnunedici şəkildə cavab verdiyini bildirib.
“Neymar bütün suallarımızı cavablandırdı. Bundan sonra detektivlər istintaq başa çatana qədər lazımi tədbirləri görəcək. Gizli istintaq olduğu üçün tədbirlər haqqında detalları açıqlaya bilmərəm”, - hakim deyib.
Neymar isə çıxışda verdiyi açıqlamada qeyd edib ki, reallıq gec-tez ortaya çıxacaq. Fanatlarına isə dəstək üçün təşəkkürünü bildirib.
Qeyd edək ki, Neymar onu təcavüzlə ittiham edən Nayila Mendes de Souzanın fotolarını onun icazəsi olmadan paylaşmaqda günahlandırılır. Nayila Mendes de Souza Neymarın 15 mayda Parisdə bir hoteldə oan təcavüz etdiyini açıqlamışdı.
26 yaşlı qadın bildirib ki, Neymardan xoşu gəlib və onunla cinsi əlaqə girmək istəyib. Ancaq Neymar qoruyucu istifadə etməkdən imtina edib. Souza isə bunu qəbul etməyib. Neymar bundan əsəbiləşib və ona təcavüz edib. Neymar instaqram hesabından de Souza ilə yazışmalarını paylaşıb və ona qarşı qaldırılan ittihamları rədd edib.
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı