Məmmədyarovla şahmat oynamaq şansı - İyunun 23 -də
Bizi izləyin

İdman

Məmmədyarovla şahmat oynamaq şansı - İyunun 23 -də

Dünyaca tanınmış azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Bakıda şahmat həvəskarları ilə görüş və seans oyun keçirəcək.

Publika.az xəbər verir ki, Məmmədyarov bu barədə özü məlumat yayıb.

Görüş iyunun 23-də saat 11:30-da Bakıxanov qəsəbəsindəki Bakı Gənclər Mərkəzinin nəzdində fəaliyyət göstərən "Şah Klub" şahmat klubunun təşkilatçılığı ilə baş tutacaq. Məmmədyarov əvvəlcə qonaqlarla görüşəcək, onları maraqlandıran suallara cavab verəcək. Daha sonra baş tutacaq seansda Şəhriyarın özü müəyənləşdirdiyi şahmatçılarla eyni anda oynayacaq. Siyahıya düşən şahmatçılar, əsasən, perspektivli və yüksək Beynəlxalq reytinqə malik olan gənclər və qadınlardan ibarət Azərbaycan yığma komandasının üzvləridir.

Seansda iştirak etmə üçün ödəniş tələb olunmur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm