"Real Madrid" futbolçularından İsrailə TARİXİ CAVAB - MOSSADA görə...
Bizi izləyin

İdman

"Real Madrid" futbolçularından İsrailə TARİXİ CAVAB - MOSSADA görə...

“Real Madrid” futbolçuları İsrailə tarixi cavab verib.

Publika.az xəbər verir ki, oyunçular İsrail Kəşfiyyat Təşkilatı Birliyinin (MOSSAD) mütəxəssisləri (Birlik 8200) tərəfindən qurulan proqramdan istifadə edən fitness məşqçisi Xavyer Vidal ilə işləməyi rədd edib.

İsrail mediasında yer alan xəbərə görə, proqram idmançıların zədələnmələrə nə zaman daha həssas olduğunu təxmin edən proqram, eyni zamanda, İsrail üçün kəşfiyyat məlumatı toplamaq və şifrə öyrənmək qabiliyyətinə malikdir. 200 fiziki parametri ölçən və idmançılar haqqında tibbi bilgilər verən proqram “Birlik 8200”ün iki sabiq üzvü tərəfindən tərtib edilib. “Real Madrid” oyunçuları da bilgilərinin İsrailə göndəriləcəyindən qorxur.

“Walla News” xəbər saytı proqramın “Makkabi Təl Əviv” basketbol klubu kimi bir çox qurumlarda hazırda istifadə edildiyini yazıb. İsrailli texnologiya firmalarının casus proqramlarla əlaqəli olduğu heç kimə sirr deyil. Ötən il jurnalist Camal Qaşıqçının sui-qəsdi məsələsində də casus proqramlar sayəsində İsrailin Səudiyyə Ərəbistanı krallığından və müxaliflərdən bəzilərinin telefon danışıqlarını dinləmək üçün istifadə edildiyi ortaya çıxmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm