"Çelsi"nin sabiq futbolçusu "Qarabağ"da - FOTO
Bizi izləyin

İdman

"Çelsi"nin sabiq futbolçusu "Qarabağ"da - FOTO

"Qarabağ" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Publika.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi İngiltərə Premyer Liqasında çıxış edən “Bornmut”un qapıçısı Asmir Beqoviçi heyətinə qatıb. 32 yaşlı qolkiperlə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Bosniya və Herseqovina mətbuatı Beqoviçin icarə əsasında 6 ay "Qarabağ"ın formasını geyinəcəyini yazıb.

Qeyd edək ki, Asmir Beqoviç karyerası ərzində İngiltərənin "Çelsi" və "Stok siti" klublarında çıxış edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm