"Qəbələ" APOEL-ə qarşı - Çempionlar Liqası
Bizi izləyin

İdman

"Qəbələ" APOEL-ə qarşı - Çempionlar Liqası

"Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında mübarizəyə başlayacaq.

Publika.az xəbər verir ki, Çempionlar Liqasında çıxış edəcək “qırmızı-qaralar” I mərhələdə Kiprin APOEL klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, "Qəbələ" artıq tarixində 3-cü dəfədir UEFA Gənclər Liqasında qüvvəsini sınayır. "Qırmızı-qaralar" 2016/2017 və 2018/2019 mövsümlərində bu turnirdə iştirak edib.

2 oktyabr

UEFA Gənclər Liqası

Çempionlar yolu

I mərhələ, ilk oyun

18:00. APOEL (Kipr) – “Qəbələ” (Azərbaycan)

Baş hakim: Furkat Atacanov (Qazaxıstan)

Nikosiya, “Makarion” stadionu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm