“FIDE Grand Swiss 2019”: şahmatçılarımızdan 1 qələbə, 1 məğlubiyyət, 2 heç-heçə
Bizi izləyin

İdman

“FIDE Grand Swiss 2019”: şahmatçılarımızdan 1 qələbə, 1 məğlubiyyət, 2 heç-heçə

Men adasında şahmat üzrə “FIDE Grand Swiss 2019” turnirinin ikinci turunun oyunları başa çatıb.

Publika.az xəbər verir ki, şahmatçılarımızdan yalnız Eltac Səfərli ikinci turu qələbə ilə başa vurub. O, israilli Maksim Rodşteinə qalib gəlib. Digər iki şahmatçımız - Nicat Abbasov ermənistanlı Levon Aronyan, Vasif Durarbəyli vyetnamlı Quang Liem Le ilə “sülh” bağlayıblar. Rauf Məmmədov isə çinli rəqibi Hao Vanqa məğlub olub.

Qeyd edək ki, iddiaçılar turnirinə vəsiqə qazandıracaq yarışın mükafat fondu 432 min 500 dollardır. On bir turdan ibarət turnir oktyabrın 21-dək davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm