İdman
Qızlar Slovakiya sınağına Şamaxıda hazırlaşırlar
Yeniyetmə qızlardan ibarət yığma komandamız Şamaxı Olimpiya İdman Kompleksində təlim-məşq toplanışını davam etdirir.
Publika.az xəbər verir ki, yığmamız iyulun 15-dən 20-dək Slovakiyanın Snina şəhərində keçiriləcək yeniyetmələr arasında güləş üzrə dünya çempionatına hazırlaşır.
Sərbəst güləş üzrə yeniyetmə qızlardan ibarət yığma komandanın üzvləri Şamaxı Olimpiya İdman Kompleksində böyük məşqçi Aslan Ağayev, məşqçilər Həsrət Məmmədyarov, Siracuddin Eldarov, Filip Monolov və Mətanət Süleymanovanın rəhbərliyi altında hazırlaşır. 18 güləşçinin yer aldığı təlim-məşq toplanışı iyulun 13-dək davam edəcək.
Yığma komandanın böyük məşqçisi Aslan Ağayev təlim-məşq toplanışı üçün Federasiya tərəfindən hər bir şəraitin yaradıldığını, qələbə qazanmaq üçün maksimum çalışacaqlarını bildirib. Yığma komandanın heyətində yeniyetmələrin Nanjinqdə keçiriləcək II Olimpiya Oyunlarına lisenziya qazanan Türkan Nəsirova və Leyla Qurbanovanın da dünya çempionatında iştirak edəcəyini bildirən məşqçi, onlara ümidlərinin daha çox olduğunu qeyd edib.
Komandanın üzvü Türkan Nəsirova məşqçilərin və federasiya rəhbərliyinin etimadını doğrultmağa çalışacaqlarını bildirib.
-
Magazin105:15
Öpüşdüyü səhnəni xanımıyla izlədi - VİDEO
-
Sosial04:14
Azərbaycanda qoyun əti bahalaşa bilər - VİDEO
-
Sosial02:42
Boşanmadan sonra "ortaq qəyyumluq" qanuna çevrildi
-
Səhiyyə00:30
Baş ağrısının yeni genetik səbəbi TAPILDI
-
Dünya00:15
Modidən qalmaqallı açıqlama: "Məni Allah bu məqsəd üçün göndərib"
-
Qoroskop00:00
Günün ULDUZ FALI: əks təqdirdə zərbə ala bilərsiniz
-
Hadisə28 May 23:45
ATV-nin aparıcısı dəhşətli qəzaya düşdü - FOTO
-
Hadisə28 May 23:00
Falçı bələdiyyə sədrinin xeyli pulunu alıb: Atasının ruhu ilə danışdırırmış