Şahmatçılarımız Avropa çempionatında Çexiya və Rumıniya yığmalarına qalib gəldi
Bizi izləyin

İdman

Şahmatçılarımız Avropa çempionatında Çexiya və Rumıniya yığmalarına qalib gəldi

Batumidə keçirilən şahmat üzrə Avropa çempionatının dördüncü turu başa çatıb.

"Report" xəbər verir ki, Azərbaycanın kişi şahmatçıları Çexiyadan olan rəqiblərinə 2,5:1,5 hesabı ilə qalib gəliblər.

Azərbaycanın qadınlardan ibarət komandası da analoji uğura imza atıb. Belə ki, şahmatçılar rumıniyalı rəqiblərini hesabda üstələyiblər.

Qeyd edək ki, həm kişilərdən, həm də qadınlardan ibarət Azərbaycan komandası 4 turdan sonra 6 xal toplayaraq turnir cədvəlində 6-cı yeri tutur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm