İdman
“Hafka”nın bankında pulunun batdığını etiraf etdi
“Bakı”nın bəzi futbolçularının “Bank Of Azerbaijan” bankına qoyduğu vəsaitin yoxa çıxması ilə bağlı Publika.az-da məlumat vermişdik. http://publika.az/p/23899
Xatırladaq ki, “Bakı”nın futbolçuları Əfran İsmayılovun bankda 400, Elvin Əliyevin isə 350 min manat vəsaitinin yoxa çıxdığı bildirilirdi. Futbolçular vəsaitlərini banka depozit kimi qoymaqla əlavə faiz qazanmaq istəsələr də, əllərindəkini də itiriblər.
Onlar bunun səbəbini araşdırarkən bəlli olub ki, klubdan futbolçuların adına kredit götürülüb. Krediti isə depozit kimi qoyulmuş vəsaitdən çıxıblar. Konkretləşdirsək, sabiq “Texnikabank”ın filiallarında baş verən kredit oyunu burada da təkrarlanıb. Depozit yerləşdirən şəxsin adına kredit xətti açılıb. Vəsiti yoxa çıxan futbolçular “Bakı”nın prezidenti Hafiz Məmmədovla görüşmək istəsələr də, buna nail ola bilməyiblər.
Publika.az xəbər verir ki, Elvin Əliyev məlumatı təsdiqləyib. Futbolçu “Komanda” qəzetinə verdiyi müsahibədə bankdan pulunu ala bilmədiyini etiraf edib:
“Doğrudur, belə bir şey var. Biz pulumuzu bankdan götürə bilmirik. Öz adımdan danışsam, daha yaxşı olar. Banka müraciət etmişəm. Bilirik ki, Hafiz Məmmədovun maliyyə məsələləri ilə bağlı problemləri var. Bu problem bankdan da yan keçməyib. Gözləməyi məsləhət görüblər. İstənilən halda, pulumu alacam”.
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər