Ərdoğanın proqnozu düz çıxdı - İyunun 12-də...
Bizi izləyin

İdman

Ərdoğanın proqnozu düz çıxdı - İyunun 12-də...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə yığmasının AVRO-2020-də A qrupuna düşəcəyini hələ püşkatma öncəsi proqnozlaşdırıb.

Bu barədə NTV-nin idman şərhçisi Rıdvan Dilmen açıqlamasında bildirib.

"Yayıma çıxmamışdan öncə Ərdoğanla danışdım. O, TANAP-ın açılışında "Qazprom"un rəhbəri Aleksey Millerə "İnşallah, Bakı - Roma qrupuna düşərik" söyləyib. Qəlbi təmiz imiş. Türkiyə millisinin iki matçı Bakıda olacaq. Əslində ölkəmizin istədiyi kimi oldu. Bakıda 10 gün qalacağıq", - deyə Dilmen vurğulayıb.

Qeyd edək ki, Türkiyə millisi AVRO-2020-nin açılış matçında İtaliya ilə qarşılaşacaq. Görüş iyunun 12-də Roma şəhərindəki "Olimpiko" stadionunda keçiriləcək. Daha sonra Azərbaycan paytaxtına səfər edəcək "ay-ulduzlular" iyunun 17-də Bakı Olimpiya Stadionunda Uelslə, iyunun 21-də isə İsveçrə ilə üz-üzə gələcək. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm