İdman
Azərbaycan və Türkiyənin futbol yığmaları qarşılaşacaq - BU TARİXDƏ
Azərbaycan və Türkiyənin futbol üzrə milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə Türkiyə millisinin baş məşqçisi Şenol Günəş "TRT Spor"a müsahibəsində bildirib.
Onun sözlərinə görə, matç gələn il mayın 26-da Antalyada olacaq: "Çempionatlar başa çatandan sonra təlim-məşq toplanışına başlayacağıq. Futbolçular 10 günlük hazırlıq dönəmində ailələri ilə birgə qalacaqlar. Həm istirahət, həm də məşq olacaq. Mayın 26-da Antalyada Azərbaycanla oynayacağıq. İyunun 1-də Xorvatiya, iyunun 4-də isə Xorvatiya ilə qarşılaşacağıq".
Günəş bildirib ki, AVRO-2020-də qrup mərhələsinin 2 oyununu Azərbaycanda keçirəcəkləri üçün çox xoşbəxtdir: "Azarkeş baxımından deyil, səyahət sarıdan problem yaşaya bilərik. Futbolçuların sağlıq durumu üçün 2 matç arasındakı müddəti 3-dən 4-ə artırmaları lazımdır".
Qeyd edək ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.
AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaqlar.
-
Magazin102:12Yenicə ailə quran Xana əri ilə tanışlıq hekayəsini danışdı - VİDEO
-
Maraq dünyası01:11Boşanmanın ən dəli səbəbləri - “Ekstrasens bacıma söz verib ki...”
-
Qoroskop00:15Günün ULDUZ FALI - Qeyri-adi təkliflərə açıq olun
-
İdman20 Avqust 23:55"Qarabağ" "Tvente"ni məğlub etdi - YENİLƏNDİ
-
İdman20 Avqust 22:48Messi karyerasında 922-ci qolunu belə vurdu - VİDEO
-
Magazin220 Avqust 22:2422 yaşlı fenomen motosiklet qəzasında öldü
-
İKT20 Avqust 22:12Sevgilisini manipulyasiya etmək üçün “ChatGPT”nin “BEYNİNİ YUDU”
-
İKT20 Avqust 21:00Mais Ağayevə vəzifə verildi














.jpg)

















