İdman
"Beşiktaş" əfsanəvi futbolçunu geri qaytarır - Prezident açıqladı
İstanbul təmsilçisi “Beşiktaş” İngiltərənin “Everton” klubuna satdığı hücumçu Cenk Tosunla yenidən maraqlanır.
Publika.az xəbər verir ki, bu barədə klubun prezidenti Ahmet Nur Çebi mətbuat konfransında danışıb.
Prezident bildirib ki, Türkiyə Futbol Federasiyası ləng hərəkət etdiyi üçün futbolçuya dəqiq təklif göndərə bilmirlər. Amma onu transfer etmək niyyətindədirlər.
Çebi onu da qeyd edib ki, Tosun başqa komandaya getsə, “Beşiktaş” buna çox üzüləcək.
Qeyd edək ki, 28 yaşlı Cenk Tosun Türkiyədən xaricə satılmış ən bahalı futbolçudur (22 milyon TL). O, 2018-ci ildə qatıldığı “Everton”dakı ilk çıxışlarında yaxşı oyun nümayiş etdirsə də, son zamanlar forma şansı az tapdığından gözləntiləri doğrultmayıb. Buna görə də İngiltərə təmsilçisi onu satmaq niyyətindədir.
Zümrüd
-
Dünya18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin215:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO
-
Maraq dünyası12:47Vyetnamda müəmmalı hadisə: "Bura necə gəldiyimi bilmirəm" - FOTO




































