İdman
Diniyev doğum gününü kimlərlə qeyd edəcək?
Azərbaycanın Pro kateqoriyalı futbol məşqçisi Şahin Diniyevin doğum günüdür.
Milli komandanın keçmiş baş məşqçisinin 48 yaşı tamam olur. Publika.az Şahin müəllimi təbrik edib, doğum günü ilə bağlı təəssüratlarını öyrəndi:
“Bu günlə bağlı, sadəcə, onu deyə bilərəm ki, yaşımızın üstə yaş gəlir (gülür). Ad günümü isə günortaya qədər ailə üzvlərimlə, axşam isə dostlarlarla keçirəcəm. Elə də təmtəraqlı olmayacaq. Adi, sadə bir gün kimi keçirəcəyik. Kimlərin gələcəyi ilə bağlı istəmirəm ad çəkim. Çünki ola bilsin ki, kiminsə adını unuda bilərəm, demərəm, inciyərlər (gülür) .
Amma deyim ki, kiçik qonaqlığımızda həm futbol adamları, həm sinif yoldaşlarım, həm də başqa dostlar olacaq. Qarışıq bir görüş olacaq”.
Qeyd edək ki, Ş.Diniyev futbolçu kimi də bir çox uğurlara imza atıb. Azərbaycan futbolunda ən çox legioner həyatı yaşamış futbolçu olub. O, futbolçu karyerası ərzində 12 müxtəlif komandada forma geyinib.
Baş məşqçi kimi “Terek”, “Qarabağ” kimi klublarda, Azərbaycan milli komandasında çalışıb. (http://publika.az/p/21572 )
Aygün İlqarqızı
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?