İdman
İdmançılarımız Qran-prinin ilk günündə medal QAZANA BİLMƏDİLƏR
İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə Qran-Pri turnirinə start verilib.
Publika.az-ın məlumatına görə, ilk yarış günündə Azərbaycan təmsilçilərindən 9-u mübarizə aparıb.
66 kq çəki dərəcəsindəki Orxan Səfərov ardıcıl olaraq Daniel Perez (İspaniya), Limhvan Kim (Cənubi Koreya), Boqdan İadovu (Ukrayna) məğlub etsə də, 1/4 finalda Yerlan Serikjanova (Qazaxıstan) uduzaraq təsəlliverici görüşə qatılıb. Səfərov digər qazaxıstanlı cüdoçu Yeldos Jumakanova da məğlub olaraq medalsız qalıb. Bu çəkidəki İbrahim Əliyev isə Beslan Mudranovdan (Rusiya) güclü olsa da, Xuan Postigos (Peru) ilə bacarmayıb.
60 kq çəkidə Yaşar Nəcəfov ilk qarşılaşmasında Artem Lesiuka (Ukrayna), Kəramət Hüseynov isə Angelo Pantanoya (İtaliya) uduzaraq mübarizəni erkən dayandırıb.
Qadınların yarışında Leylа Əliyeva və Aişə Qurbanlı (hər ikisi 48 kq) ilk görüşlərində məyus olublar. Onlar müvafiq olaraq Şira Rishoni (İsrail) və Gülkader Şentürkə (Türkiyə) uduzublar. Gültac Məmmədəliyeva (52 kq) Gürcüstan təmsilçisi Tetiana Levytska-Şukvanini məğlub etsə də, Andrea Çituya (Rumıniya) uduzub.
57 kq-dakı Aleksandra-Larisa Florian ardıcıl olaraq Ana Rosanı (Dominikan Respublikası) və Eteri Lipartelianini (Gürcüstan) məğlub edib. O, 1/4 finalda macarıstanlı Hedviq Karakasa uduzaraq təsəlliverici görüşlərə qatılıb. Florian Kosovo cüdoçusu Nora Cakovanın da müqavimətini qıra bilməyib.
Bu çəkidəki İçinxorlu Munxtsedev ilk görüşdə Avstriya idmançısı Sabrina Fikzmoserə məğlub olub.
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı