NBA çempionatı koronavirus səbəbindən dayandırıldı
Bizi izləyin

İdman

NBA çempionatı koronavirus səbəbindən dayandırıldı

Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm olaraq keçirilən çempionatı Liqanın oyunçularından birinin koronavirusa yoluxduğu barədə məlumatların təsdiqindən sonra dayandırılıb.

Bu barədə Publika.az-a Assosiasiyasının mətbuat xidməti xəbər verib.

Daha əvvəl təhlükəsizlik məqsədi ilə "Oklahoma" və "Yuta" komandaları arasında görüş ləğv edilib. "TSN" telekanalının məlumatına görə, "Yuta"nın mərkəzi oyunçusu olan Rudy Qoberdə koronavirus infeksiyası aşkarlanıb. Lakin o, komanda ilə birlikdə matçda iştirak etməyib.

"NBA" rəhbərliyi çempionatın dayandırılmasına qərar verib. Biz koronavirusun pandemiyasına qarşı gələcək addımlarımızı müəyyən etmək üçün bu fasilədən istifadə etməyi planlaşdırırıq", - bəyanatda bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm