Çeferin: "Oyunları azarkeşsiz keçirmək daha yaxşıdır"
Bizi izləyin

İdman

Çeferin: "Oyunları azarkeşsiz keçirmək daha yaxşıdır"

“Oyunları azarkeşsiz keçirmək və TV-də yayımlamaq daha yaxşıdır. Bu, insanların ehtiyac duyduğu və istədiyi şeydir, futbol evlərinə müsbət enerji gətirir”.

Publika.az-ın məlumatına görə bu fikirləri UEFA-nın prezidenti Aleksander Çeferin deyib.

Sloveniyalı funksioner deyib ki, koronavirus pandemiyasına görə dünyada və xüsusən Avropadakı vəziyyəti izləyirlər: “Avrokuboklar iyul və ya avqust aylarında ola bilər. Sentyabr və ya oktyabrda oynaya bilmərik”.

Çeferin mövsümün ləğv olunması barədə suala belə cavab verib: “Səlahiyyətli qurumlar bizə oynamaq üçün icazə vermirsə, oynaya bilmərik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm