İdman
Futbol dünyasını YASA BOĞAN XƏBƏR: əfsanəvi oyunçu karyerasına son qoyacaq
Mövsümün əvvəlində “Beşiktaş”dan “Kasımpaşa”ya transfer olan ulduz futbolçu Rikardo Kuarejma karyerası haqqında qərar verib.
Publika.az-ın xəbərinə görə, 37 yaşlı futbolçu vətəni Portuqaliyaya qayıdıb karyerasına son qoymaq istəyir.
“Porto”ya qayıtmaq və karyeramı orada bitirmək istəyirəm. Amma buna təkbaşına qərar verə bilmərəm. “Kasımpaşa” ilə bu mövzuda görüşdükdən sonra dəqiqləşdirə bilərəm. Nə olacağını zaman göstərəcək”.
Qeyd edək ki, təcrübəli cinah oyunçusu ötən il Bakıya səfərində karyerasını “Beşiktaş”da bitirmək istədiyini açıqlamış, lakin klubun həmin dövrdəki prezidenti Fikret Ormanla arasında yaşanan anlaşmazlıqdan sonra “ağ-qara”ları tərk etmişdi.
Professional karyerasına “Sportinq”də başlayan Kuarejma daha sonra “Barselona”, “Porto”, “Milan”, “Çelsi” kimi dünyaca məşhur komandaların formasını geyinib. Karyerası ərzində ən çox “Beşiktaş” forması geyinib – 6 il.
Kuarejma həm də ulduz futbolçu Kriştiano Ronaldonun yaxın dostu olaraq bilinir.
Zümrüd
-
Dünya18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin215:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO
-
Maraq dünyası12:47Vyetnamda müəmmalı hadisə: "Bura necə gəldiyimi bilmirəm" - FOTO




































