İdman
"Beşiktaş"da Kariusun yerinə əsas qapıçı müəyyənləşdi
Koronavirus pandemiyasına görə yaranmış fasilə dönəmində əsas qapıçısı Loris Kariusla yollarını ayırmaq məcburiyyətində qalan “Beşiktaş”ın Super Liqanın bərpasından sonrakı dönəmdə “çərçivə”ni kimə həvalə edəcəyi maraqla gözlənilir.
Publika.az xəbər verir ki, artıq baş məşqçi Sergen Yalçının bu baxımdan seçimini dəqiqləşdirdiyi bildirilir.
“NTV Spor”un yazdığına görə, baş məşqçi əsas heyətdə 19 yaşlı Ersin Destanoğluna şans verəcək. Bu həftə baş tutacaq “Antalyaspor”la oyunda qapıda məhz bu gənc qolkiper duracaq.
“Beşiktaş”da bu mövsüm Kariusla birgə Utku Yuvakıran da bir neçə oyunda “çərçivə”ni qoruyub. 22 yaşlı qolkiper Super Liqa və Avropa Liqasında 1, Türkiyə kubokunda 2 oyuna çıxıb. Amma Kariusun gedişi onun komandanın əsas qapıçısı olmasına şərait yaratmayıb.
Maraqlıdır ki, “Beşiktaş”ın öz yetirməsi olan Ersin Destanoğlu hələ indiyə qədər əsas komandada heç bir oyun keçirməyib. Buna baxmayaraq, Sergen Yalçın məhz bu gənc qapıçıya şans verməyə qərar verib.
Müqavilə ilə İngiltərənin “Liverpul” klubuna məxsus olan, “Beşiktaş”da icarə əsasında oynayan Karius, İstanbul təmsilçisinin ona olan borcunu ödəmədiyi üçün anlaşmasını birtərəfli qaydada ləğb etmişdi.
-
Magazin115:36Aygün o sözü ilə üzünə deyib ki, səni saymır, tanımır...
-
Köşə14:00Baş deşən üzükdən vəcdə gətirən tarix dərsinədək - Mənim məktəbim
-
Cənubi Qafqaz13:54Paşinyan Azərbaycan əsgərinə görə Sanamyanı qovdu
-
Rəsmi xronika12:38İlham Əliyev Malayziyanın səfirini qəbul etdi
-
MDB12:12Ukraynada qadın hərbçilərlə bağlı şok rəqəm: 1500-dən çox müraciət
-
Rəsmi xronika12:02İlham Əliyev Avstriya səfirini qəbul etdi
-
Nida Xəbər 11:30Prezidentin təltif etdiyi Jalə Əliyevanın dosyesi
-
Magazin110:36Pünhan Alim Qasımov haqda: “15 min istədi” - VİDEO














.jpg)


.jpg)



















.jpg)
