“Bavariya” Çempionlar Liqasının QALİBİ OLDU
Bizi izləyin

İdman

“Bavariya” Çempionlar Liqasının QALİBİ OLDU

Futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) final matçı keçirilib.

Publika.az xəbər verir ki, Portuqaliyanın paytaxtı Lissabonda baş tutan görüşdə Fransanın PSJ komandası ilə Almaniya “Bavariya”sı üz-üzə gəlib.

İtaliyalı Daniele Orsatonun idarəyə etdiyi matç “Estadio da Luş” stadionunda keçirilib.

Minimal hesabla üstün olan Münhen təmsilçisi turnirin qalibi olub. Daha öncə 5 dəfə Çempionlar Liqasının qalibi olmuş “Bavariya” isə son olaraq 2013-cü ildə bu titulu əldə etmişdi. Münhen klubu 6-cı dəfə də istəyini gerçəkləşdirməklə İngiltərə “Liverpul”u ilə birlikdə ÇL-i ən çox qazanan üçüncü komanda olub.

UEFA Çempionlar Liqası
Final
23 avqust

PSJ (Fransa) – “Bavariya” (Almaniya) 0:1
Qol: Koman, 59.
Lissabon. “Estadio da Luş” stadionu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm