"Qarabağ" Moldova çempionunu qəbul edir
Bizi izləyin

İdman

"Qarabağ" Moldova çempionunu qəbul edir

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında (ÇL) növbəti oyununu keçirəcək.

Publika.az xəbər verir ki, Ağdam klubu II təsnifat mərhələsində Bakıda Moldova çempionu "Şerif"i qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da start götürəcək matçı ukraynalı FIFA referisi Mikola Balakin idarə edəcək.

Bu, komandaların avrokuboklarda 5-ci dueli olacaq. Daha əvvəl 2017/2018 mövsümündə Çempionlar Liqasında, 2018/2019 mövsümündə isə Avropa Liqasında Tiraspol təmsilçisi ilə üz-üzə gəlmiş Azərbaycan çempionu hər iki halda rəqibini məğlub edərək növbəti mərhələyə adlayıb.

Cütün qalibi yoluna ÇL-in III təsnifat mərhələsində davam edəcək. Məğlub olan tərəf isə Avropa Liqasının III raundunda mübarizə aparacaq.

Qeyd edək ki, "Qarabağ" I təsnifat mərhələsində Şimali Makedoniya "Sileksi"nə 4:0 hesabı ilə qalib gəlib.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi

26 avqust

20:00. "Qarabağ" (Azərbaycan) – "Şerif" (Moldova)
Hakimlər:
Mikola Balakin, Viktor Matyaş, Sergey Pristupa, Andrey Kovalenko (hamısı Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm