• USD 1,7000 0,00% EUR 2,0271 +0,03%
    • GBP 2,3731 +0,21% RUB 0,0234 +0,43%

"Barselona" prezidenti korrupsiyada ittiham edilir

  • İdman
  • 4 Sentyabr 2020 07:17
"Barselona" prezidenti korrupsiyada ittiham edilir

İspaniyanın "Barselona" futbol klubunun prezidenti Hosep Bartomeu korrupsiyada ittiham olunur.

Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə "El Mundo" nəşri məlumat verib.

Bildirilir ki, H.Bartomeunun klub adına edilən əməliyyatlardan şəxsi maliyyə mənfəəti aldığı iddia edilir. Mənbənin verdiyi məlumata görə, bu, aralarında, məsələn, Lionel Messi və Jerar Pike olmaqla, fk prezidentinin rəqiblərinə qarşı geniş miqyaslı kiberhücumlarla bağlıdır. Daha əvvəl "Kadena SER" radiostansiyası klubun özünün kiberhücumun sifarişçisi olduğunu bildirib. Ayrıca kataloniyalı komandasının keçmiş oyunçuları Xavi, Karles Puyol və Hosep Quardiolanın belə hücumların qurbanları ola biləcəyi iddia edilib.

Prokurorluq H.Bartomeunu xidmətə bazar dəyərini altı dəfə üstələyən maddi vəsait ödəməsində gunahlandırır. Klub hücumlarda iştirakını rədd edir.

"Barselona" prezidenti 58 yaşındadır və 2014-cü ildən bu klubun prezidentidir. Daha əvvəl rəhbərliklə fikir ayrılıqlarına görə komandadan ayrılmaq niyyətində olan komanda kapitanı Lionel Messi Bartomeunu istefa verməyə çağırıb. H.Bartomeu isə L.Messi klubla müqaviləsini yeniliyəcəyi təqdirdə vəzifəsindən getməyə hazır olduğunu bildirib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR